Ermənistanda avtoritarizm - Paşinyanın mitinqinə getməyənlər işdən qovulur

12:48 / 30.03.2021
973

Ermənistanın Lori bölgəsinin qubernatoru işçilərdən birini baş nazir Nikol Paşinyanın mitinqinə qatılmadığı üçün cəzalandırıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edilir ki, Lori administrasiyasının mütəxəssisi Arşak Baqdasaryan hökumətin təşkil etdiyi təbliğat kampaniyasına qatılmaqdan imtina edib.

"Lori administrasiyasının kənd təsərrüfatı üzrə keçmiş mütəxəssisi Arşak Baqdasaryanı polis də təhdid edib. O, mitinqdə iştirakdan imtina etdiyinə görə, işdən çıxmaq ərizəsi yazmağa məcbur edilib", - deyə məlumatda bildirilib. 

0
Azvision.az