Paşinyan üçün tərəfdarlarından demarş təhlükəsi – Baş nazir namizədlər siyahısını niyə açıqlamır?

DÜNYA
13:14 / 30.03.2021
1068

Ermənistanın Baş naziri Nikol Paşinyan lideri olduğu Vətəndaş Müqaviləsi partiyasının üzvlərinə seçki hazırlıqlarına başlamağı tapşırıb. 

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, partiyanın iki il əvvəl bölgələrdə bağlanan ofislərinin yenidən fəaliyyətinə start verilir. Paşinyanın tapşırığına rəğmən Vətəndaş Müqaviləsi partiyasının deputatları seçki hazırlıqlarına o qədər də həvəslə yanaşmırlar.

Erməni mediası yazır ki, bunun səbəbi namizədlərinin siyahının açıqlanmamasıdır. Deputatlar siyahı açıqlanmadan özlərini əziyyətə salmaq istəmirlər.

Paşinyan isə siyahını açıqlamağa tələsmir. Baş nazir bildirib ki, namizədlərin siyahısı parlamentdə Seçki Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsinin qəbulundan sonra açıqlanacaq. Dəyişiklikdə reytinq sisteminin ləğvi nəzərdə tutulur.

Paşinyan ehtiyat edir ki, indidən siyahı açıqlanarsa, adı orada olmayanların demarşı ilə üzləşə və Seçki Məcəlləsinə dəyişikliyi nəzərdə tutan layihənin qəbulu baş tutmaya bilər. 

Məlumat üçün deyək ki, Ermənistanın mövcud seçki qanunvericiliyinə görə deputatlar həm partiya siyahıları, həm də reytinq sistemi ilə seçilirlər.

VÜQAR

0