Ermənistan hərbi itkilərinin yeni sayını AÇIQLADI

DÜNYA
16:40 / 30.03.2021
1636

Ermənistan Səhiyyə Nazirliyi hərbi itkilərlə bağlı yeni açıqlamalar verib.

Ermənistan KİV-i xəbər verir ki, bu günə qədər 3716 cəsəd məhkəmə-tibbi ekspertizadan keçirilib. Bundan başqa, 312 cəsəd nümunəsi DNT ekspertizasından keçirilməyi gözləyir.

Açıqlanan statistika 2020-ci il 27 sentyabrdan 2021-ci il martın 22-nə qədər olan tarixi əhatə edir.

0
Modern.az