Türkiyə bu əməliyyata havadan dəstək verə bilər - General

DÜNYA
23:18 / 03.04.2021
1269

Türkiyənin İraqın Sincar bölgəsində antiterror əməliyyatı keçirməsi ehtimalı azdır.

Bunu Türkiyə Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, əməliyyatların başlaması İraq hökuməti və İraq Kürd Muxtariyyəti tərəfindən reallaşa bilər:

“Bölgədə mümkün antiterror əməliyyatı ehtimalına Türkiyə havadan dəstək verə bilər. Digər tərəfdən, ABŞ Sincarı boşaltmaqdan yana deyil və PKK/YPG-yə dəstəyini davam etdirir”

0
Axar.az