Fransada nazirlər partiyə qatıldı - Gizli çəkilişlər

DÜNYA
14:54 / 05.04.2021
1027

Fransa Daxili İşlər Nazirliyi ölkədəki bəzi nazirlərin koronavirus pandemiyası səbəbiylə bağlanması lazım olan restoranlarda gizli məclislərdə iştirakı ilə bağlı mətbuatda yayımlanan məlumatları yoxlayacaq.

Qaynarinfo xəbər verir ki, müvafiq əmr Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen tərəfindən Paris polisinin prefektinə verilib. Darmanen bu barədə Twitter səhifəsində məlumat verib və qeyd edib ki, məlumat təsdiqlənərsə, gizli tədbirlərin təşkilatçıları və iştirakçıları məsuliyyət daşıyacaqlar.

Gizli çalışan restoranla bağlı reportajı M6 telekanalı yayımlayıb. Jurnalistlərin dediyinə görə, müəssisədə nə qarsonlar, nə də müştərilər maska taxırlar. Kanal ayrıca onlarla insanın maskasız əyləndiyi və sosial məsafəni müşahidə gözlənilmədiyi özəl bir qonaqlıqdan da görüntülər nümayiş etdirib. Reportajda çəkilişlər gizli kamera ilə aparılıb.

Bundan əlavə, materialda belə qonaqlıqların təşkilatçılarından biri ilə müsahibə var. O, adının açıqlanmaması şərti ilə Fransa hökumətinin bəzi üzvlərinin qatıldığı gizli qonaqlıqlarda iştirak etdiyini söyləyib.

Qeyd edək ki, koronavirus səbəbindən oktyabrın sonundan bəri Fransada barlar, kafe və restoranlar bağlanıb. Məhdudiyyətlərin pozulmasına görə cərimə 135 avrodur və qadağan olunmuş tədbirlərin təşkilatçıları bir il müddətinə həbs edilməklə bərabər 15 min avro cərimə ödəyə bilərlər.

2