Tarixdə ilk: insan beyni kompüterə kabelsiz qoşuldu

DÜNYA
16:06 / 05.04.2021
1093

İnsan beyni ilk dəfə "BreynQeyt" texnologiyası ilə kompüterə fikirləri kabelsiz ötürüb.

Axar.az xəbər verir ki, tədqiqat Brovn Universitetində aparılıb.

Tədqiqat qrupundan Con Simeral bildirib ki, kabelsiz sistemlərin ən yaxşı kabelli sistemlər kimi işləyə biləcəyini sübut etdik:

“Tətqiqat 2 şəxs üzərində aparılıb. Hər iki şəxs iflic olub və fikirlərini çatdırmaları üçün kompüter köməyinə ehtiyac duyublar. Tətqiqatlar zamanı siqnallar demək olar ki, hər iki sistemdə olduğu kimi (kabelli və kabelsiz) eyni dəqiqlikdə kompüterə köçürülüb. İnsanlar artıq kabelli sistemlərə məcbur deyillər”.

0