Misirdə 3000 illik “itirilmiş şəhər” aşkar edildi

17:05 / 09.04.2021
1004

Misirdə 3 min illik tarixi olan “İtirilmiş qızıl şəhər” kimi tanınan şəhər tapılıb.

Kult.az xəbər verir ki, Aten şəhərinin 3-cü firon Amenhotep tərəfindən tikildiyi ehtimal edilir.

Arxeoloji qazıntılarda şəhərdəki yaşayış yerlərinin divarlarının hələ də bütöv olduğu, gündəlik həyatda istifadə edilən alətlərin də tapıldığı bildirilib.

0