Türkiyədə terrorçular zərərsizləşdirildi

DÜNYA
23:48 / 08.05.2021
1052

Türkiyənin güc strukturlarının keçirdiyi birgə əməliyyat nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.

HİT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir tvitterdəki hesabında əməliyyatın Mardin əyalətində keçirildiyini xəbər verib. O, 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Süleyman Soylu qeyd edib ki, birgə əməliyyat jandarm, polis tərəfindən keçirilib.

0