Paşinyanın kortejində qəza: yaralılar var

17:30 / 10.05.2021
2616

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın kortejindəki avtomobillərdən biri qəzaya uğrayıb.

“Sputnik Ermənistan” xəbər verir ki, Paşinyanı müşaiət edən “Nissan” markalı avtomobil “Mercedes”lə toqquşub.

Nəticədə “Mercedes”in içindəki sərnişin xəstəxanaya aparılıb.

Hadisə nəticəsində kuryer xidməti yerinə yetirən motosiklet sürücüsü də xəsarət alıb

0
Oxu.az