DÜNYA
09:17 / 12.06.2021
766

Gürcüstandakı soydaşlarımızla svanlar arasında yeni İNSİDENT

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb.
 
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
 
İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.
 
Polis ikisi keçmiş məhkum olmaqla dörd şəxsi “isti izlər”lə yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.
 
Yayılan qeyri-rəsmi məlumatlara əsasən, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslərin svan əsilli ekomiqrantlar olduğu bildirilir.
 
Qeyd edək ki, Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunmuşdu və rayonda gərginlik aradan qaldırılmışdı (report).

5