DÜNYA
23:28 / 12.06.2021
363

PKK Afrində xəstəxananı vurdu: 19 ölü, 40 yaralı

Suriyada YPG/PKK terror təşkilatı Hələb şəhərinin Afrin rayonuna ard-arda 2 raket zərbəsi endirib.

HİT.az xəbər verir ki, terrorçular hədəf olaraq rayonun mərkəzində yerləşən xəstəxananı seçib.

Hücum nəticəsində 19 nəfər ölüb, 40-dan artıq insan isə yaralanıb.

Raket zərbələri ətrafdakı binalara da böyük ziyan vurub.

0