Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTOLAR/YENİLƏNİB

DÜNYA
20:18 / 14.06.2021
1658

Liderlərin görüşü başa çatıb. Müzakirələr 45 dəqiqə davam edib. Təkbətək görüşdən sonra heyətlərarası görüş başlayıb.

20:17

NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb.

HİT.az xəbər verir ki, görüşdəki əsas müzakirə mövzusu S-400-lər olacaq.

Türkiyənin Rusiyadan satın aldığı S-400 hava sistemlərindən sonra Türkiyənin F-35 proqramından çıxarılması, bunun ardınca yaşananlar müzakirə olunacaq.

0
“Qafqazinfo”