Türkiyənin İstanbul şəhərində başlanan qasırğa nəticəsində binaların damı uçub, qəzalar baş verib.
Esenyurt və Sultanqazidə binalardan qopan hissələr dörd nəfərin həyatına son qoyub.
Bir uşağın yaralandığı bildirilir.
Bundan əvvəl Türkiyə Sahil Mühafizəsi güclü külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması barədə məlumat verib. Eyni səbəbdən Türk Hava Yollarına məxsus 6 təyyarə İstanbula enə bilməyib, Ankara və İzmirə göndərilib.