Müdafiə Nazirliyinin 5 hərbçisinə general-mayor rütbəsi verildi

HƏRBİ
16:24 / 25.06.2026
105

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Rəsul Rasim oğlu Əliyevə
polkovnik Elçin Rəhim oğlu Abdullayevə
polkovnik Azər Əfrayıl oğlu Heybətliyə
polkovnik Gülməmməd Tofiq oğlu Rzayevə
polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevə

0