Tarixin 25 iyunu...

MARAQLI
15:30 / 25.06.2026
165

Bu gün tarixin vərəqlərində 25 iyundayıq.

Hit.az bildirir ki, bu gün Beynəlxalq Dənizçilər Günüdür.

Həmçinin, Qvatemalada Müəllim Günü, Mozambikdə Müstəqillik Günü, Sloveniyada isə Dövlətçilik Günüdür. 25 iyunda ölkəmizdə və dünyada bir sıra mühüm şəxslər dünyaya gözlərini açıb, bəziləri isə aramızdan ayrılıb. Beləliklə, tarixin 25 iyununa nəzər salırıq...

25 iyunda baş verənlər:
1978-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Əliverdibəyovun “Cırtdan” operasının premyerası keçirilib. 1995-ci ildə Makedoniya Azərbaycanın müstəqilliyini tanıyıb. 2017-ci ildə Daniel Rikiardo Azərbaycan Qran-prisinin qalibi olub. 2022-ci ildə Qarabağ müharibəsindən sonra Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

Dünyada isə 1788-ci ildə Virciniya ABŞ-nin 10-cu ştatı olub. 1950-ci ildə Şimali və Cənubi Koreya dövlətləri arasında Koreya müharibəsi başlayıb. 1978-ci ildə Argentina milli futbol komandası FİFA Dünya Kubokunu qazanıb. 1988-ci ildə Niderland milli futbol komandası UEFA Avropa Çempionatında qalib olub. 2011-ci ildə Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb.

25 iyunda doğulanlar:
1973-cü ildə xarici işlər naziri Ceyhun Bayramov, 1907-ci ildə Xalq artisti, aktrisa Sona Hacıyeva, 1851-ci ildə ispan memar Antonio Qaudi, 1887-ci ildə macar yazıçı Frideş Karinti, 1894-cü ildə Misir kraliçası Nazlı Sabri, 1903-cü ildə ingilis yazıçı Corc Oruell, 1928-ci ildə yapon futbolçu Seki Matsunaqa, 1961-ci ildə rus rejissor Timur Bekmambetov və 1965-ci ildə Fransanın sabiq baş naziri Jan Kasteks doğulub. 

25 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Səyavuş Həsənov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1980-ci ildə Xalq artisti, rejissor Həsən Seyidbəyli, 2018-ci ildə Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümov, 1861-ci ildə Osmanlı sultanı I Əbdülməcid, 1972-ci ildə gürcü rəssam Apollon Kutateladze, 1979-cu ildə amerikalıl fotoqraf Filipp Halsman, 1999-cu ildə rus aktyor Yevgeni Morqunov və 2009-cu ildə amerikalı müğənni Maykl Cekson vəfat edib.

Pərviz

0