Mark Rutte: Trampın komandası Ukraynada sülhə nail olmaq üçün çalışır

DÜNYA
17:20 / 25.06.2026
48

ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna ilə Rusiya arasında sülh sazişinin əldə olunması istiqamətində fəal fəaliyyət göstərir. 

Tiraj.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, Trampın kürəkəni Cared Kuşner və dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması üzərində fəal işləyir və vəziyyətin diplomatik yolla həlli üçün ciddi səylər göstərirlər. Bununla belə, Rütte hesab edir ki, əsas qərar Rusiya Prezidenti Vladimir Putindən asılıdır.

Rutte deyib: “Bizə lazımdır ki, Putin qaydalara əməl etsin və danışıqlar masası arxasına əyləşsin. Və yenə də Donald Tramp prezident kimi ötən ilin fevralında Putinlə münasibətlərdə yaranmış dalanı aradan qaldırmışdı”.

İyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna üzrə danışıqlarda yaranmış fasilə fonunda ABŞ Rusiyaya iqtisadi təzyiqi artırır və Vaşinqton münaqişənin nizamlanmasında obyektiv vasitəçi rolundan uzaqlaşır. Lavrov həmçinin qeyd edib ki, Rusiyadan artıq yeni güzəştlər tələb olunur.

İyunun 23-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib. İyunun 19-da isə Donald Tramp ABŞ-ın Ukraynadakı münaqişənin nizamlanmasına nail olacağını vəd edib.

Samir
 

0