DÜNYA
22:16 / 30.11.2021
136

Britaniya ordusunun Baş Qərargah rəisi istefa verdi

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nik Karter vəzifəsindən istefa verib.

Bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Generalın son üç ildə ordunun Baş Qərargahına rəhbərlik etdiyi bildirilib.

Qeyd edək ki, Karter 2021-ci ilin avqustunda Əfqanıstandan təxliyə əməliyyatının aparılmasında yaxından iştirak edib. O, dəfələrlə Rusiyanı Qərb üçün “ekstremizmdən daha ciddi təhdid” adlandırıb və qeyd edib ki, Rusiya ilə Qərb ölkələri arasında gərginlik istənilən “qəza”ya görə açıq münaqişəyə gətirib çıxara bilər.

1