İşini itirən ukraynalıların sayı açıqlandı

DÜNYA
20:41 / 11.05.2022
1228

Rusiyanın Ukraynaya hücumundan sonra təxminən 4.8 milyon ukraynalı işini itirib.

HİT.az CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının məlumatında bildirilib.

Bildirilib ki, döyüşlərdə eskalasiya olacağı təqdirdə işsizlərin sayı 7 milyon nəfərə çatacaq. Müharibə indi dayandırılsa, 3.4 milyon ukraynalı öz iş yerinə qayıda bilər.

İşini itirmiş 4.8 milyon ukraynalıdan 1.2 milyon nəfəri qaçqına çevrilib. 3.6 milyon işsiz isə hazırda Ukraynadadır.

0