İrəvanda kütləvi aksiya: küçələr bağlandı - VİDEO

10:17 / 19.05.2022
1227

İrəvanda kütləvi aksiyalar səngimək bilmir.

Hit.az xəbər verir ki, aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın komandasının istefasını tələb edir.

Məlumata görə, polis qüvvələri hərəkəti bərpa etmək üçün səfərbər olub.

Qeyd üçün bildirək ki, İrəvanın mərkəzində başlayan aksiya mayın 2-dən start götürüb.

Ötən gün Milli Məclisin vitse-spikeri, nasist İşxan Saqatelyan deyib ki, 19 mayda itaətsizlik aksiyaları Qaregin Njde meydanında, Komitasdakı Surb Xaç kilsəsində, Avandakı Harsnakarda, Nor Norkdakı Mega Mall ilə üzbəüz, abidənin qarşısında, Sasunlu David, Respublika Xəstəxanasının yaxınlığındakı parkda, Leninqradyan-Sebastiya və Fransa meydanının kəsişməsində olacaq.

Adəm 

0