Türkiyənin üç kəndində küçəyə çıxmaq qadağan edildi - SƏBƏB

DÜNYA
18:44 / 03.07.2022
1749

Türkiyənin Bitlis vilayətinin Tatvan mahalındakı üç kənd və ətraf məhəllələrdə küçəyə çıxmaq qadağan olunub. Qadağa növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.

HİT.az "Milliyət"ə istinadən xəbər verir ki, bu barədə Bitlis Valiliyi məlumat yayıb.

Bildirilib ki, separatçı terror təşkilatı üzvlərinin olduğu və sığınmaq üçün sığınacaqlar qurduğu Sallıca, Özekli və Teknecik kənd və ətrafında küçəyə çıxmaq qadağan olunub.

"Bitlis vilayətinin Tatvan mahalında yerləşən Sallıca, Özekli və Teknecik kəndləri və ətrafında separatçı terror təşkilatı üzvlərinin olduğu və sığınacaq qurduqları barədə məlumatların alınması nəticəsində qeyd olunan ərazilərdə terror təşkilatı üzvlərinin həbsi, vətəndaşlarımızın və əmlaklarının təhlükəsizliyinin təmin olunması üçün 5442 saylı Bölgə İdarəetmə Qanununun 11/C maddəsinə uyğun olaraq, 3 iyul 2022-ci il bazar günü saat 12:00-dan (Bakı vaxtı ilə 13.00) növbəti xəbərdarlığa qədər komendant saatı elan edilir", deyə valilikdən verilən açıqlamada qeyd edilir.

Hazırda ərazidə xüsusi antiterror əməmliyyatları keçirilir.

0