Belqoroda hücumun arxasında Rusiya dayanır, yoxsa Ukrayna?

17:00 / 23.05.2023
834

Artıq iki gündür ki, Rusiyanın Belqorod şəhərində partlayışlar baş verir.

Rəsmi Moskva Ukrayna tərəfindən şəhərə hücum olduğu açıqlanıb. Həmçinin, ölən və yaralıların da olduğu bildirilib. Ukrayna tərəfi isə sözügedən iddiaları təkzib edib.

Son olaraq, dünən gecə də Belqorod şəhərində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasında partlayış baş verib. Bölgədə antiterror əməliyyatlarının getdiyi açıqlanıb.

Maraqlıdır, Ukrayna müharibəni artıq Rusiya ərazisinə keçirməyə çalışır? Müharibənin gedişatı necə olacaq?

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Belqoroda hücumun arxasında Rusiya ola bilər:

Livan qaçqınları, yoxsa ASALA terrorçuları – <font color=red> Ermənistanın  gizli planı</font> - Ayna.az

"Əslində ukraynalı hərbi ekspertlərin və müharibədə iştirak edən bəzi şəxslərin açıqlamalarına görə irəlidə Rusiya üçün çox ağır və çətin dönəm olacaq. Rusiya tərəfi bu müharibənin gedişatını özü həll edə bilmədiyi üçün aktivlik Ukrayna və Qərbdəki tərəfdaşlarının əlinə keçib. Belqoroda olan hücumları isə Ukrayna təsdiq etmir. Hətta bəzi mənbələr göstərir ki, bunlar Rusiyanın özünün səhnəşdirdiyi hücumlardır. Onlar, sonradan rus xalqını səfərbər etmək və hansısa ciddi addımlarını əsaslandırmaq üçün bu addımı ata bilərlər. Yəni Rusiyanın Ukraynaya yox, Ukraynanın Rusiyaya hücum etdiyi və ərazisinə keçdiyi görüntüsü yaratmağa çalışılır. Ukraynanı aqressiv göstərmək daxili auditoriyaya hesablanıb ki, xalqı səfərbər edib, onlara nəyə görə müharihədə canından və malından keçməli olduqlarını əsaslandırsınlar".

Politoloq xatırladıb ki, rus xalqı Ukraynaya qarşı müharibəni birmənalı qarşılamırdı:
"Lakin informasiya müharibəsi və ideologiya baxımından Belqoroda olan hücum Rusiya üçün bu cəhətdən faydalı ola bilər. Əslində Ukrayna da Belqoroda hücum etmiş olsa da, artıq bu, ikinci mərhələyə keçir. İndiki dönəmdə isə bəlli oldu ki, atəşkəs və danışıqlarla bağlı bütün cəhdlər boşa çıxdı".

Rizvan Hüseynov yay aylarında Ukraynanın əks-hücum əməliyyatlarına başlayacağının proqnozlaşdırıldığını da diqqətə çatdırıb:

"Baxmayaraq ki, neçə vaxtdı hücumun bu gün-sabah başlayacağı deyilirdi. Amma may ayının axırına çatmağımıza rəğmən hələ də başlamayıb. İndi də yayın ikinci ayında Ukraynanın genişmiqyaslı hücuma başlayacağı ehtimal olunur. Hər halda, döyüşlər mərhələli şəkildə artacaq. Yəqin ki, bu yay əsas müharibədə həlledici olacaq. Yəni müharibənin hansı istiqamətə doğru getdiyi bilinməlidir. 

Ukrayna öz ərazilərini azad edə biləcəkmi, yoxsa hansısa ərazini azad edib digərləri üzərində sülh danışıqlarınamı gedəcək? Məncə, yayın sonuna kimi bu suallar cavab tapmalıdır. Hətta Ukrayna əks-hücum nəticəsində bütün ərazilərini işğaldan azad etsə Rusiyada hakimiyyəti dəyişikliyi belə yaşana bilər. Bütün bu məsələlərin çalarlarını yayın sonuna qədər görə bilərik".

Pərviz

0