Ərdoğan: "Kılıçdaroğlu Ümit Özdağa 3 nazirlik təklif edib"

DÜNYA
10:48 / 26.05.2023
485

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı danışıb.

HİT.az xəbər verir ki, Türkiyə lideri Zəfər Partiyasının sədri Ümit Özdağın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu dəstəkləməsinə münasibət bildirib.

O, Kılıçdaroğlunun Özdağa 3 nazirlik təklif etdiyini bildirib:

"Kılıçdaroğlu Ümit Özdağa nazirliklər təklif verib, amma biz heç bir bazarlıq etməmişik. Çünki biz bazarlıq siyasəti aparmırıq. Numan bəy də Ümit Özdağla görüşməsində deyib ki, Prezident belə təkliflərə qapalıdır. Ona görə də onunla bizim aramızdakı danışıqlar dayandı".

Pərviz

0