11 sentyabr hücumlarına görə ittiham edilən şəxs dəli olub
ABŞ-da hərbi hakim 11 sentyabr hücumlarına görə ittiham olunan Rəmzi bin əl-Şibhin dəli olduğunu elan edib ki, bu da istintaqın davam etdirilməsinə mane olur.
HİT.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Qəzetin yazdığına görə, Rəmzi bin əl-Şibhə psixoz, delusional və travma sonrası stress pozğunluğu diaqnozu qoyulub. Mətndə deyilir ki, bu cür pozuntulara görə o, özünü müdafiə və vəkilləri ilə əməkdaşlıq edə bilmir.
“New York Times”ın vəkillərə istinadən qeyd edir ki, müttəhim ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) işgəncələri nəticəsində adıçəkilən pozğunluqları alıb.
Hakim əl-Şibhi dəli elan edərək, faktiki olaraq onun psixoloji sağlamlığı normallaşana qədər cinayət işini dayandırıb.
2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” qruplaşmasının 19 terrorçusu ABŞ-da 4 sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi isə Vaşinqtona yönəldilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.
Samir