14:04 / 29.09.2023
290

İYİ Partiyadan CHP-yə şok təklif: \"10 şəhərdə...\"

Türkiyənin siyasi gündəmin əsas mövzusu gələn il keçiriləcək bələdiyyə seçkiləridir.

HİT.az xəbər verir ki, xüsusilə müxalifət partiyaların seçkilərə ittifaqla, yoxsa təkbaşına girəcəyi hələ də müzakirə predmeti olaraq qalır.

Mayda keçirilən seçkilərdən sonra "Millət İttifaqı" dağılsa da, gələn ilin mart ayında keçirilməsi gözlənilən seçkilərdə yeni koalisiyaların yaranması gündəmdədir. Xüsusən Cümhuriyyəti Xalq Partiyası (CHP) ilə İYİ Partiya arasında yeni ittifaqın qurulması üçün danışıqların davam etdiyini vurğulamaq lazımdır.

Son olaraq İYİ Partiyanın sədr müavini Türker Yörükçüoğludan CHP-yə sürpriz bir təklif gəlib. O, tərəflər arasında yeni ittifaqın qurulması üçün CHP-yə 10 böyük şəhərdə namizəd çıxarmamağı təklif edib. 

T.Yörükçüoğlu konkret olaraq istədikləri şəhərlərin adlarını da sosial şəbəkə hesabında paylaşıb:

"İstanbul, Ankara, Antalya, Adana, Aydın, Əskişəhər, Mərsin, Muğla, Təkirdağ və Hatayı Ədalət və İnkişaf Partiyasına (AKP) qaptırmamaq üçün CHP bu şəhərlərdə namizəd çıxarmamalıdır. Çünki AKP-CHP mübarizəsində hər zaman AKP qazanır. Bunu 2002-ci ildən bəri hər seçkidə görürük. Seçkilərdə qalib gəlməyin yolu İYİ Partiyanın güclənməsindən keçir. Biz həm 2019, həm də 2023-cü ildə üzərimizə düşən fədakarlığı etdik. İndi sıra CHP-dədir".

Pərviz

0