14:58 / 29.09.2023
168

İranda Müdafiə Nazirliyinin zavodu bir həftə ərzində ikinci dəfə yanıb

İranın Müdafiə Nazirliyinə məxsus avtomobil akkumulyatorlarının istehsalı zavodunda bir həftə ərzində ikinci dəfə yanğın baş verib.

HİT.az xəbər verir ki, bu barədə “Associated Press” İran dövlət mediasına istinadən məlumat yayıb.

Cümə axşamı plastik tullantı anbarında baş verən yanğında xəsarət alan olmayıb.

İran mediası paytaxt Tehranın şimalında baş verən yanğın yerindən qara tüstü qatının yüksəldiyini göstərən foto və videolar yayıb.

Son illər ərzində İranın hərbi obyektlərində bir sıra yanğınlar və digər qəzalar baş verib və buna görə ölkə tez-tez İsraili günahlandırır.

Samir

0