Çin ABŞ-ın Asiya-Sakit okean regionunda münaqişələri qızışdırmasının səbəbini açıqladı

DÜNYA
11:54 / 02.10.2023
373

"ABŞ Çini cilovlamaq üçün Asiya-Sakit Okean regionunda (APR) münaqişələri qızışdırır".

HİT.az xəbər verir ki, bunu Çinin Tailanddakı səfiri Han Ziqianq “Bangkok Post” qəzetinə müsahibəsində deyib.

“Çinin cilovlamaq üçün onlar hətta regionumuzda sülh və sabitliyi təhdid edən münaqişələri təhrik edirlər. ABŞ-ın Hind-Sakit okean strategiyası adlandırılan strategiya əslində Çini cilovlamaq üçün siyasi vasitədir”, deyə səfir bildirib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq iqtisadi sistemdəki üstünlüklərindən istifadə edərək ticarət müharibələrinə başlamaq və qlobal sənaye təchizat zəncirlərini pozan və qlobal iqtisadiyyata ziyan vuran texnoloji blokadalar tətbiq edir.

O əlavə edib ki, Çini daha yaxşı yaşamaq hüququndan məhrum etmək və ya onun inkişafını məhdudlaşdırmaq cəhdi uğur qazanmayacaq.

Samir

0