İsrailin keçmiş baş naziri: "Qəzzadakı mülki itkilərə görə HƏMAS günahkardır"

DÜNYA
11:51 / 04.12.2023
236

İsrailin keçmiş baş naziri Naftali Bennet Qəzza zolağında mülki əhalinin itkisinə görə HƏMAS-ı günahlandırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Onun fikrincə, nə qədər ki, HƏMAS var, vəziyyət dəyişməyəcək.

"Bunun üçün yalnız HƏMAS məsuliyyət daşıyır. Bunu dayandırmağın ən sürətli yolu İsrailə kömək etmək və ya heç olmasa HƏMAS-ın məhv edilməsinə müdaxilə etməməkdir", deyə Bennett yazıb.

Onun fikrincə, Fələstin anklavında dinc əhaliyə qarşı terror törətməklə HƏMAS dünyanın İDF-nin radikalları məhv etməsinə mane olmasını təmin etməyə çalışır. Bennett vurğulayıb ki, İsrail mülki itkiləri minimuma endirmək məqsədinə çatmaq üçün çox səy göstərəcək.

"Ancaq bizim HƏMAS-ın mülki şəxslərə zərər verməsini dayandıracaq sehrli çubuğumuz yoxdur. Biz indi əhalinin sıx məskunlaşdığı ərazilərdə fəaliyyət göstəririk. Biz mülki insanları təyin olunmuş təhlükəsiz zonalara köçməyə və döyüş bölgələrini təmizləməyə çağırırıq”, deyə o vurğulayıb.

İsrailin keçmiş baş naziri hesab edir ki, bu cür taktika indiyədək yaxşı nəticə verib:

"Bu, xoşagəlməzdir, amma ən yaxşı variantdır".

Dekabrın 1-də Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs razılaşması çərçivəsində tətbiq edilən atəşkəs ləğv edilib. Tərəflər 7 gün müddətinə hərbi əməliyyatları dayandırıblar, bu müddət ərzində HƏMAS 110 girovu azad edib.

Samir

0