İlon Mask Britaniyanı Sovet İttifaqı ilə müqayisə etdi

DÜNYA
16:38 / 08.08.2024
190

Amerikalı sahibkar və iş adamı İlon Mask Böyük Britaniyanı Sovet İttifaqı ilə müqayisə edərək, Britaniya hüquq-mühafizə orqanlarının vətəndaşları sosial şəbəkələrdəki paylaşımlara görə saxladığına işarə edib. 

HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində açıqlama verib.

"İnsanlar "Facebook"da şərhlərə görə həbs olunur. Bu Britaniyadır, yoxsa Sovet İttifaqı?", deyə Mask sosial şəbəkələrdəki açıqlamalara əsaslanan naməlum şəxsin Britaniya hüquq-mühafizə orqanları tərəfindən “nifrət cinayəti” ittihamı ilə tutulması videosunu şərh edərkən bildirib.

Əvvəllər bildirilirdi ki, Böyük Britaniya İcmalar Palatasının sosial şəbəkədə ölkədəki kütləvi iğtişaşlarla bağlı yayılan bəyanatlarına görə Maskı parlamentə çağırmaq niyyətindədir.

Belə ki, parlamentin elm, innovasiya və texnologiya komitəsinin rəhbərləri vəzifəsi üçün müraciət edən Leyboristlər Partiyasının nümayəndələri Çhi Onvurah və Don Batler Mask və digər İT şirkətlərinin rəhbərlərindən İngiltərədəki iğtişaşlarda sosial şəbəkələrin rolu ilə bağlı ifadə vermələrini tələb edəcəklərini bildiriblər. 

Samir

0