Ərdoğan söz verdi: Türkiyə sonadək mübarizə aparacaq

DÜNYA
17:32 / 14.08.2024
195

Türkiyə İsrailin bölgədə "odu alovlandırma" cəhdlərinə qarşı mübarizə aparacaq. 

HİT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara Qəzzada qan tökülməsini təşkil edənlər məhkəmə qarşısına çıxarılana qədər mübarizə aparacaq.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti Livan Hizbullahına hücum zərurəti ilə bağlı mübahisələrə görə İsrail rəhbərliyində parçalanmanın olduğunu yazmışdı. Mənbə iddia edir ki, müdafiə naziri Yoav Qalant Qəzzada atəşkəsin əldə olunmasını məqsədəuyğun hesab edir. İsrailin baş naziri Benyamin Netanyahu isə müharibə istəmədiyini, lakin hücuma cavab olaraq “ağır qiymət” vəd etdiyini bildirib.

İyulun sonunda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. O, Tehrana İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəlib. HƏMAS İsrail və ABŞ-ı günahlandıraraq, hücumun cavabsız qalmayacağını bildirib.

İsrail rəsmiləri hadisə ilə bağlı şərh verməkdən imtina edib, ABŞ isə hər hansı əlaqəni təkzib edib.

Daha sonra Amerikanın “The New York Times” qəzeti İranın ali lideri Əli Xamneyinin Haniyənin qisasını almaq üçün İsrailə zərbə endirmək əmri verdiyini yazıb.

Samir

0