Qara dəlikləri təsvir edən riyazi tənliklər nəzəri baxımdan ağ dəliklərin də mövcudluğunu mümkün edir.
HİT.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika İnstitutunun Astrokosmik Mərkəzinin nəzəri astrofizika və kosmologiya şöbəsinin baş elmi əməkdaşı Sergey Pilipenko “RİA Novosti”yə açıqlamasında bildirib.
O izah edib ki, ağ dəliklər elə obyektlərdir ki, onların içinə “hətta işıq belə düşə bilmir”. Lakin astrofizikin sözlərinə görə, ağ dəliklərin mövcudluğunu təsdiqləyən birbaşa müşahidə məlumatları yoxdur. Onların hansı mexanizmlərlə yarana biləcəyi də məlum deyil.
“Yeganə istisna Böyük partlayışın özü, yəni Kainatın yaranması ola bilər. O, bəzi xüsusiyyətlərinə görə riyazi baxımdan ağ dəlik həllinə bənzəyir”, deyə alim bildirib.
Samir


