Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları bloklayıb

DÜNYA
11:11 / 02.09.2026
41

Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların gedişini yenidən bloklayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Euractiv” Avropa rəsmiləri və diplomatlara istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Macarıstan vahid bazara çıxış və sosial siyasət məsələləri üzrə müzakirələri dayandırıb. Budapeşt Ukraynanın etnik macarların hüquqları ilə bağlı ikitərəfli sazişin tələblərini yerinə yetirməsinin vacibliyini əsas gətirərək danışıqların ikinci və üçüncü klasterlərinin açılmasını təsdiqləməyib.

Materialda qeyd olunur ki, Macarıstan iyul ayında da eyni narahatlıqları ifadə edib və həmin klasterlərin açılmasını bloklayıb.

İyulun sonunda Macarıstan texniki məsləhətləşmələr çərçivəsində Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı iki istiqamət üzrə danışıqların başlanmasını da bloklamışdı. Söhbət vahid bazara inteqrasiya, eləcə də iqtisadi və sosial siyasətin genişləndirilməsi ilə bağlı istiqamətlərdən gedirdi.

“Financial Times”ın məlumatına görə, yaranmış vəziyyətdə avropalı rəsmilər Macarıstanın dəstəyinin qorunması üçün Budapeştə təzyiq göstərilməsinin zəruri olduğunu düşünürlər.

Samir
 

0