Zelenskinin xəbərdarlığından sonra “Aeroflot”un səhmləri ucuzlaşdı

DÜNYA
11:48 / 02.09.2026
39

Ukrayna Prezidenti Volodimir Zelenskinin xəbərdarlığından sonra Rusiyanın “Aeroflot” aviaşirkətinin səhmləri 5 faizdən çox ucuzlaşıb. 

HİT.az xəbər verir ki, bu barədə Moskva Birjasının məlumatları göstərir.

Sentyabrın 1-də Zelenski axşam videomüraciətində aviaşirkətləri xəbərdar edib ki, Rusiya hava məkanı təhlükəli vəziyyətə gəlir. O bildirib ki, Rusiyanın səmasında dronlar elə görünəcək ki, bununla hesablaşmaq lazım gələcək.

“Biz Ukraynada günahsız insanların həlak olmasını istəmirik. Buna görə tərəfdaşlarımızı xəbərdar edirik: Rusiyanın səmasında təhlükəsiz anlar başa çatıb”, – Ukrayna Prezidenti deyib.

Moskva Birjasının məlumatına görə, Kiyev vaxtı ilə təxminən saat 20:40-da “Aeroflot”un səhmləri 5,11 faiz ucuzlaşaraq 30,36 rubla düşüb. Sentyabrın 2-si, çərşənbə günü saat 09:14-a olan məlumata görə isə Rusiyanın aviaşirkətinin səhmləri 31,29 rubla qədər yüksəlib.

Müharibənin təsir göstərdiyi digər şirkətlərdən biri Rusiyanın qaz nəhəngi “Qazprom”dur. Belə ki, iyun ayında şirkətin səhmləri 2009-cu ildən bəri ilk dəfə 100 rubldan (1,35 dollar) aşağı düşüb.

İyul ayında isə “Qazprom”un səhmləri son 17 ilin minimumlarını yeniləyib. Ticarət zamanı şirkətin qiymətli kağızlarının dəyəri 90,21 rubla qədər enib. Bu, 20 noyabr 2008-ci ildən bəri ən aşağı göstərici olub. Həmin vaxt səhmlər təxminən 3 faiz dəyər itirib.

Lakin bu dəfə enişə Çinin atdığı addımlar səbəb olub.

Samir
 

0