Ukraynadakı münaqişə “eskalasiya spiralına” daxil olub. Ekspertlər və diplomatlar ciddi sülh danışıqlarının 2027-ci ilin yazından və ya yayından əvvəl başlamasının çətin olduğunu bildiriblər.
HİT.az xəbər verir ki, bu barədə “New York Times” (“NYT”) yazıb.
“Ekspertlər və diplomatlar ciddi sülh danışıqlarının gələn ilin yazından və ya yayından əvvəl başlamasının çətin olduğunu bildiriblər”, deyə nəşr qeyd edib.
Nəşrin vurğuladığına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner danışıqlara təkan vermək üçün yaxın vaxtlarda Ukraynaya səfər etməlidirlər. Lakin belə bir səfərlə bağlı xəbərlər uzun müddətdir yayılır və səfər hələ də baş tutmayıb.
Jurnalistlər qeyd ediblər ki, hazırda tərəflərin hər biri “qarşı tərəfin müqavimətini qırmağa” çalışaraq artan raket və pilotsuz uçuş aparatları arsenalından istifadə edir. Bununla belə, indiyədək “eskalasiyanın” tərəflərdən hər hansı birini güzəştə getməyə məcbur edəcəyinə dair heç bir əlamət yoxdur.
Sentyabrın 3-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna üzrə danışıqlarda tezliklə “yeni dinamikanın” yaranacağını bildirib və ictimaiyyəti “xəbərləri izləməyə” çağırıb.
Həmin gün Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin nizamlanması üçün Kiyev və Moskvanın öz aralarında razılığa gəlməli olduğunu deyib.
Sentyabrın 2-də ABŞ dövlət katibi Marko Rubio isə Uitkoff və Kuşnerin Ukrayna da daxil olmaqla sülh sazişləri üzrə danışıqlara tam diqqət yetirdiklərini bildirib.
Samir


