Türkiyə Amerikanın “Starlink” sisteminin milli analoqunu yaradacaq. 198 aşağı orbitli peykdən ibarət olacaq peyk şəbəkəsi “Astralink” adlandırılıb. İlk peyklərin yaxın iki il ərzində orbitə çıxarılması planlaşdırılır.
HİT.az xəbər verir ki, layihənin rəsmi təqdimatı onun hazırlayıcısı olan “Aselsan” şirkəti tərəfindən Beynəlxalq Astronavtika Konqresində elan edilib.
“Bu, belə demək mümkündürsə, kosmosda müstəqilliyimizi elan etdiyimiz layihədir”, - deyə “Aselsan”ın rəhbəri Ahmet Akıol bildirib.
Peyk şəbəkəsinin həm Türkiyəni, həm də onunla dost münasibətlərdə olan dövlətləri yüksək sürətli və dayanıqlı internetlə təmin etməsi nəzərdə tutulur. “Astralink”dən istifadədə hərbi və dövlət sektorları prioritet olacaq.
“Astralink” tamamilə Türkiyədə hazırlanır. Mikrosxemlər, proqram alqoritmləri və anten qəbulediciləri yerli müdafiə şirkəti “Aselsan” tərəfindən layihələndirilib.
Layihənin hazırlanmasına hələ 2025-ci ilin sonunda başlanılıb. Türkiyədə layihə “Gökqapı” (“Göyün tanrısı”) adlandırılır.
Samir


