Hindistan rəhbərliyi Rusiya ilə Ukrayna arasında atəşkəs üçün üç bənddən ibarət plan təklif edib.
HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Hindustan Times” məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, təşəbbüs artıq Ukrayna tərəfinə təqdim olunub.
Hindistan enerji obyektlərinə və digər infrastruktura hücumların, eləcə də kommersiya gəmilərinə zərbələrin dayandırılmasına çağırıb. Bundan əlavə, Qara dəniz limanları vasitəsilə taxıl və enerji daşıyıcılarının fasiləsiz tədarükünün təmin edilməsi təklif olunub.
Plan sentyabr ayında Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Kiyevə səfəri zamanı Ukrayna rəhbərliyinə təqdim edilib. Oktyabrın əvvəlində Ukrayna tərəfi münaqişənin nizamlanması ilə bağlı təkliflərin Misir, Türkiyə və ABŞ-dan da daxil olduğunu açıqlayıb.
“Hindustan Times” qeyd edir ki, Hindistanın planı Misir, Türkiyə və ABŞ-ın təkliflərindən fərqli olaraq həm infrastruktura, həm də kommersiya gəmiçiliyinə aiddir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiga Hindistanın təklifini “ən əhatəli” təşəbbüs adlandırıb.
Nəşrin mənbələrinin dəqiqləşdirdiyinə görə, Hindistan Ukraynadakı münaqişənin dayandırılmasında maraqlıdır. Buna səbəb ölkənin Rusiyadan enerji daşıyıcılarının tədarükündə maraqlı olmasıdır.
Samir


