Xalq artistinin kor qalmış arvadı, həbsxana həyatı və "Qocalar Evi"nin sakini - FOTO

DÜNYA
14:45 / 04.07.2020
1622

Ötən gün rus mətbuatında Rusiyanın Əməkdar artisti, hazırda "Qocalar Evi"ndə yaşayan aktrisa Valentina Malyavina haqqında məqalə dərc edilib.

Məqalədə sənətdə və həyatda bəxti gətirməyən aktrisanın "Qocalar Evi"ndə keçən kədərli günlərindən bəhs olunur.

Məlumat üçün deyək ki, 79 yaşlı keçmiş aktisa, Əməkdar artist Valentina Malyavina, Rusiyanın görkəmli aktyoru, RSFSR Xalq artisti Aleksandr Zbruyevin həyat yoldaşı olub.

Sonralara aktyorla yolları ayrılan aktrisanın sonuncu evliliyi, aktyor Stanislav Jdanko ilə olub. Elə bu evlilik də Valentina Malyavinanın həyatının "dönüş" nöqtəsinə çevrilib. Belə ki, aktyorla ailə qurduqdan sonra cütlüyü heç bir filmə dəvət etmirlər. Kinolara dəvət almayan aktrisa ruh düşkünlüyü yaşayır və içkiyə qurşanır. Vəziyyəti belə görən Stanislav Jdanko, aktrisa ilə hər gün dava-dalaş edir. Və günlərin birində Stanislav Jdankonun ürəyinə bıçaq saplanır. Hadisənin hansı şəraitdə baş verməsi müəmmalı qalır. Valentina Malyavina ərini bıçaqlamadığını desə də, aktyorun qohumları aktrisanı günahkar bilirlər.

Beləliklə də, həbs olunan aktrisa 9 il həbsxanada cəza çəkir. Sonralar əfv edilən aktrisa, yenidən içkiyə qurşanır. Həyatının məhv olmuş günlərini içki şüşələri ilə keçirir.

Özü kimi əyyaş həyatı sürən bir nəfərlə yaşamağa başlayan aktrisanın ən dəhşətli günləri daha sonra baş verir. Günlərin birində birlikdə yaşadığı kişi tərəfindən gözündən ağır zərbə alan Valentina Malyavina tamamilə kor olur. 2001-ci ildən gözləri görməyən aktisaya keçmiş həbsxana yoldaşı, biznesmen rəfiqəsi kömək edir. Belə ki, rəfiqəsinin maliyyə yardımı ilə Valentina Malyavina qocalar üçün xüsusi pansionata yerləşdirilib. Hazırda pansionatda yaşayan 79 yaşlı aktrisanın yanına sənət dostlarından heç kim getmir. Getmək istəyənləri isə, aktrisanın bacısı pansionata buraxmır.

Pansionatın tibb personalının sözlərinə görə, bir zamanlar Sovetlər İttifaqında məşhur olan aktrisa hazırda "ot kimi, bitki kimi" yaşayır. "Burada şəraiti yaxşı olsa da, ona baxmaq çox kədərlidir" deyən tibb işçiləri Valentina Malyavinanın gənclik illərinə aid olan fotolarına baxanda köks ötürürlər.

Ülviyyə Həsənqızı

0
Open.az