“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.
HİT.Az-ın Trend-ə istinadən məlumatına görə, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra “Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi.
S.Makkenzi siyahıda “L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.
Reytinqdə ilk üçlüyü “Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.
Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb.