Rusiya-Çin ticarətdə böyük problemlər: Ödəməyə heç bir valyuta yoxdur

İQTİSADİYYAT
16:09 / 19.05.2023
415

Qərbin Rusiya şirkətlərinə beynəlxalq ticarətdə avro və dollardan istifadəni qadağan etməsindən sonra Moskva Çinlə ticarətdə çətinliklərlə üzləşib. Rusların Çin mallarına ödəmək üçün kifayət qədər yuanı yoxdur. 

HİT.az xəbər verir ki, bu barədə “Kommersant” Moskva birjasındakı vəziyyəti təhlil edərək yazır.

"Mayın əvvəlindən yuanla svop əməliyyatlarının dəyəri kəskin artıb və illik 6% səviyyəsindən yuxarı stabilləşib. Bazar iştirakçıları idxalçılar tərəfindən Çin valyutasına yüksək tələbatın olduğunu qeyd edirlər ki, bu da təkliflə əhatə olunmur," deyə qəzet yazır.

Rusiya Bankının məlumatına görə, Ukrayna müharibəsi aşlayandan bəri yuanın ixrac gəliri 6,9 milyard dollara, idxalçılar tərəfindən yuana tələbat isə 7,7 milyard dollara yüksəlib. Bu, yuan çatışmazlığı səbəbindəndir. Bu da Rusiyanın Çinlə səmərəli ticarətinə mane olur.

Eyni zamanda ekspertlər Rusiyada yuan kəsirinin daha da artacağını proqnozlaşdırırlar.

Samir

0