Rusiyanın Tver vilayətində arxeoloqlar nasistlərin İkinci Dünya müharibəsi zamanı qətlə yetirdiyi psixiatriya xəstəxanası pasiyentlərinin qalıqlarını aşkar ediblər.
HİT.az xəbər verir ki, qalıqlar M.P. Litvinov adına psixiatriya xəstəxanasının ərazisində, Buraşevo kəndində aparılan qazıntılar zamanı üzə çıxarılıb.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, indiyədək təxminən 19 nəfərin qalıqları aşkarlanıb. Əraziyə kriminalistlər və axtarış dəstələri cəlb olunub. Tapılan qalıqların kimə məxsus olduğunu və ölüm şəraitini müəyyənləşdirmək üçün məhkəmə-tibbi və kriminalistik ekspertizalar təyin edilib.
Tarixi sənədlərə və araşdırmalara əsasən, 1941-ci ildə Kalinin vilayətinin (indiki Tver vilayəti) işğalı zamanı nasistlər həmin psixiatriya xəstəxanasında 1 500-dən çox xəstəni öldürüblər. Məlumatda bildirilir ki, qətliam müxtəlif qəddar üsullarla, o cümlədən güllələnmə, ölümcül dozada dərman verilməsi və insanların diri-diri basdırılması yolu ilə həyata keçirilib.
Samir


