Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 9 min 465,42 ton qabığı təmizlənmiş meşə fındığı (ləpə) ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan fındıq ləpəsinin ümumi gömrük dəyəri 105 milyon 159,1 min dollar olub.
Beləliklə, bir kiloqram fındıq ləpəsinin orta gömrük dəyəri 11,1 dollar (18,9 manat) təşkil edib.
Qeyd edək ki, qabığı təmizlənmiş meşə fındığı ən çox Rusiyaya və İtaliyaya satılıb. Rusiyaya bir kiloqramı orta hesabla 15,7 manatdan 5 min 39,94 ton, İtaliyaya isə 23,45 manatdan 2 min 6 ton fındıq göndərilib. İxracın həcminə görə üçüncü yerdə Almaniya qərarlaşıb. Bu ölkəyə 25,52 manatdan 1 142,5 ton fındıq ixrac edilib.
Fındıq ləpəsi ən baha qiymətə Almaniyaya satılıb. Ən aşağı orta gömrük dəyəri isə İraqa ixrac edilən fındıq ləpəsində qeydə alınıb. Bu ölkəyə göndərilən fındıq ləpəsinin bir kiloqramının orta gömrük dəyəri 7,18 manat olub.
Azərbaycandan qabığı təmizlənmiş meşə fındığı ixrac edilən ölkələr və bir kiloqramın orta gömrük dəyəri aşağıdakı kimi olub:
Rusiya – 5 039,94 ton (15,7 manat);
İtaliya – 2 006 ton (23,45 manat);
Almaniya – 1 142,5 ton (25,5 manat);
İsveç – 320 ton (25,14 manat);
Suriya – 274 ton (16,45 manat);
Litva – 88 ton (18,9 manat);
Polşa – 85 ton (12,88 manat);
Belarus – 79,9 ton (18,7 manat);
Ukrayna – 71 ton (12,4 manat);
Fransa – 60 ton (12,75 manat);
Çexiya – 52 ton (21,58 manat);
İsrail – 48,44 ton (16,4 manat);
Türkiyə – 44 ton (13,14 manat);
İspaniya – 38,3 ton (21,69 manat);
Gürcüstan – 24 ton (10,37 manat);
Qırğızıstan – 22 ton (8,50 manat);
Latviya – 22 ton (20,06 manat);
Qazaxıstan – 20 ton (24,65 manat);
İraq – 14,01 ton (7,18 manat);
Özbəkistan – 12 ton (8,50 manat);
Avstriya – 2,33 ton (17,9 manat).


