“Akkord Asfalt” qaz borcuna görə məhkəməyə verildi

İQTİSADİYYAT
19:05 / 19.05.2023
342

“Akkord Asfalt” MMC-nin istehlak etdiyi təbii qaza görə borcu yaranıb.

Hit.az xəbər verir ki, şirkət borcu ödəmədiyinə görə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə verilib. “Azəriqaz”ın iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

“Ak­kord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.

Şirkət 2020-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya­sı” Açıq Səhmdar Cəmiyyətinə qoşulduğunu elan edib. Bu arada qeyd edək ki, “Akkord Asfalt” MMC-nin hazırda 2 930 258.47 AZN vergi borcu var.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-nin keçmiş baş prokuror Zakir Qaralova məxsus olduğu iddia edilir. Qarşı tərəfin bu iddiaları təkzib etməsinə dair heç bir fakt yoxdur.

Anar

0