\"Ətin qiyməti bahalaşa bilər\" - Ekspert

13:52 / 23.05.2023
378

“Qarşıdakı aylarda ətin qiymətinin bahalaşması mümkündür”.

Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, buna səbəb ölkədə həm yemin qiymətin baha olması, həm də Ukraynadan ucuz ət məhsullarının gətirilməməsidir:

“Son iki ildə ət bazarında qiymət bahalaşır. Xüsusən də ötən ildən bahalaşma sürətlənməkdə davam edir. Hər birimiz bu bazarın alıcılarıyıq. Məsələ təkcə ev təsərrüfatlı bazar iştirakçıları deyil, həm də intensiv maldarlıqla məşğul olan böyük aqroparklar var. Məlumdur ki, malın, heyvanın dəyərinin 70%-i yem xəzinəlidir. Heyvan yem hesabına böyüyür. Bu gün həmin yem və yemin içərisində olan komponnetlərin hər biri xaricdən idxal olunur”. 

Xalid Kərimov deyir ki, yemin qiymətində də kəskin bahalaşma müşahidə olunur:

“İndi də bahalaşma dayanmayıb, soya məhsulları bahalaşmaqda davam edir”.

Xalid Kərimov hesab edir ki, Azərbaycanda ətin qiymətinin baha olmasında əsas səbəb ölkəyə kənardan gətirilən ucuz ət və ət məhsulları ilə əlaqədardır:

“Bu ət əsasən Ukraynadan gətirilirdi. İndi demək olar ki, həmin ətlər ölkəyə gətirilmir. Rusiyadan gələn ət məhsulları da bahalaşdı. Bu imkan verdi yerli təsərrüfatlar da qiymətləri bahalaşadırsınlar. Kiçik fermerlər, həyətyanı təsərrüfatla məşğul olanların otlaq sahələri əlindən çıxır. Onların heyvanların otlamağa yeri yoxdur. Əkincilik əraziləri çoxaldıqca, heyvanların otlaq sahələri azalır, otun qiyməti də bahalaşır”. 

Azra

0