Neftimizin qiyməti 100 dolları keçdi
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82 % artıb.
HİT.az xəbər verir ki, neftimizin 1 barel üçün qiyməti 100,53 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 94,59 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.