Aydın Hüseynov: "Bu, pensiya təyinatının daha da şəffaflaşmasına səbəb olacaq"

İQTİSADİYYAT
17:12 / 20.11.2023
403

Prezident İlham Əliyevin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” imzaladığı Fərmana əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər və sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulu “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilib. Bu, sosial müdafiə sektorunda son illərdə təmin olunmuş ünvanlılıq və hesabatlılıq, şəffaflıq kimi mühüm prinsiplərin daha da güclənməsi, əhalinin sosial müdafiə sahələrində operativ xidmətlərə əlçatanlığı baxımından əhəmiyyət kəsb edir.

Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, “DOST” mərkəzləri “ASAN XİDMƏT” innovativ modelinin növbəti mərhələsi olmaqla məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması istiqamətində çox mühüm xidmətlər göstərməkdədir. Belə ki, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı olduqca genişdir: 

338242

"Hazırda bu xidmət qurumlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər, işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi, əmək və sosial qanunvericiliklə bağlı təlimlərin təşkil edilməsi, əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində çoxsaylı xidmətlərin göstərilməsi, əlilliyi olan şəxsin xüsusi nəqliyyat vasitələri ilə təmin edilməsi, fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi, məşğulluq sahəsində bir çox xidmətlərin göstərilməsi, əmək yarmarkalarının təşkili, vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, işsizlikdən sığorta ödənişinin təyin edilməsi, müxtəlif növ təqaüdlərin və pensiyaların, müavinətlərin, ünvanlı sosial yardımların və s. sosial ödənişlərin təyin edilməsi və digər onlarla xidmlər göstərilir. Ümumilikdə, “DOST” mərkəzlərində məşğulluq, əmək münasibətləri, əmək pensiyası və sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, əlillik, sosial sığorta və sosial xidmətlər istiqamətində, həmçinin bank və notariat xidmətləri kimi funksional yardımçı xidmətlər də daxil olmaqla ümumilikdə 159 xidmət göstərilir".

A.Hüseynov bildirib ki, dövlət sosial sığorta sistemində fərdi uçotla bağlı göstərilən xidmətlər və sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətlərin qəbulunun “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilməsi pensiya təyinarı sisteminin daha da şəffaflaşdırılmasına səbəb olacaq:

"Bu, həmin sahədə innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması yönündə işlərin daha da irəliləməsində mühüm rol oynayacaq".

Sevinc

 

 

 

0