Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada davam edən müharibənin artıq Belarus ərazisinə də təsir göstərdiyini bildirib. O, ölkəsinin münaqişəyə cəlb olunmasının müharibədə təhlükəli yeni mərhələyə səbəb ola biləcəyini deyib.
HİT.az xəbər verir ki, Lukaşenko bu fikirləri IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı səsləndirib.
Belarus liderinin sözlərinə görə, ölkəsi müharibəyə qoşulmamaq üçün bütün mümkün addımları atır.
“Belarusun müharibəyə cəlb edilməsi sadəcə eskalasiya deyil, bu müharibənin dəhşətli yeni səviyyəyə keçməsi deməkdir. Biz münaqişəyə qarışmamaq üçün əlimizdən gələni edirik”, – deyə Lukaşenko vurğulayıb.
O, Rusiya Prezidenti Vladimir Putinin də Belarusun müharibəyə cəlb olunmasını istəmədiyini bildirib. Lukaşenkonun sözlərinə görə, Putin onunla söhbətində belə bir məqsədinin olmadığını açıq şəkildə ifadə edib.
Belarus Prezidenti ölkəsinin Ukraynadakı münaqişənin mümkün qədər tez nizamlanmasında maraqlı olduğunu da qeyd edib. O vurğulayıb ki, Belarus müharibə aparmaq niyyətində deyil və sülhün təmin olunması üçün səylərini davam etdirəcək.
Lukaşenko əlavə edib ki, belarusluların əsas məqsədi öz ölkələrini gücləndirmək, işləmək və sakit şəraitdə yaşamaq olmalıdır.
Samir


