Azərbaycanın neft hasilatı nə üçün azalıb? - RƏY

İQTİSADİYYAT
11:52 / 21.11.2023
528

Belə ki, cari ilin yanvar-oktyabr aylarında ölkəmizdə neft hasilatı 25 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 29,7 milyard kub metr təşkil edib. Bununla da Azərbaycanın əmtəəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% azalıb. Lakin əmtəəlik qaz hasilatı isə 3,6% artıb. 

Bəs Azərbaycanda neft hasilatının 8 faizdən çox azalmasına səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, neft hasilatının azalması təbiidir:

338276

"Nəzərə almaq lazımdır ki, neft yataqları 30 ildir istismar olunur. Yəni istismar olunduqca neft yatağının ehtiyatı da tükənir. Ona görə də bu azalma gözləniləndir. Üstəlik, son dövrlərdə də əhəmiyyətli dərəcədə yeni neft yataqları tapılmayıb. Proqnozlara əsasən, ölkəmizdəki neft hasilatının azalması 2050-ci ilə qədər davam edəcək".

Ekspert qeyd edib ki, Azərbaycan neftdən asılılığını azaltmalıdır:

"Düzdür, ölkəmizdə hazırda kifayət qədər çox təbii qaz var. Amma qazda gəlirlilik elə də çox deyil. Sözügedən qiymətlər 2022-ci ildə kəskin artsa da, sonra əhəmiyyətli dərəcədə azaldı. Əslində təbii qaz qiymətlərində keçən il artımın olması da qeyri-adi idi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı idi. Yəni qazda neftdəki kimi çox gəlir olmur". 

Pərviz

0