Banklar reklam haqqında qanuna əməl edirmi?

İQTİSADİYYAT
20:11 / 27.11.2023
441

“Banklar reklam haqqında qayda-qanuna əməl etmir”. 

Bu sözləri Hit.az-a açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. 

Onun dediyinə görə, bu problem daha çox kredit və əmanət faizlərində yaşanır.

Banklar müştəri cəlb etmək üçün kredit və ya əmanət faizlərini başqa cür təklif edir, reallıqda isə istehlakçı fərqli rəqəmlə qarşılaşır. Bu da qanun pozuntusudur: 

“Belə aldadıcı reklamların qarşısı şikayətlər nəticəsində alına bilənəcək. Burada 3 amil var. Birincisi, yalan reklamdır. Banklar yalan reklama görə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimələnə bilər. Vətəndaş ora müraciət etməlidir. İkincisi, bu, kreditlərin verilməsi qaydalarının pozulmasıdır. Mərkəzi Bankın kredit verilməsi üçün müəyyən edilmiş qaydaları var. Həmin qaydaya əsasən, bank mütləq vətəndaşın gəlirini təsdiq edən sənəd tələb etməlidir. Yəni bununla bağlı Mərkəzi Bank da həmin bankları cərimələyə bilər. Üçüncü məsələ isə odur ki, burada vətəndaşa mənəvi zərər vurulur. Həm vətəndaş vaxtını itirir, həm də istədiyinə nail ola bilər. Bu halda vətəndaş həmin bankı məhkəməyə verə bilər. Ona dəyən mənəvi zərərin qarşılığını tələb edə bilər. Bu hallar ona görə çoxdur ki, vətəndaşlar heç bir yerə şikayət etmir. Bu reklamları Mərkəzi Bank da, Dövlət Xidməti də görür. Onların da fəaliyyəti qənaətbəxş deyil”.

Sevinc

0