Vergi güzəştləri sahibkarlığın inkişafına təkan verəcəkmi?

İQTİSADİYYAT
13:08 / 13.11.2026
35

Kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştlərinin daha üç il müddətinə uzadılması təklifi biznes mühitinin inkişafı baxımından diqqət çəkir. 

Belə bir addım sahibkarların maliyyə yükünün azaldılmasına, fəaliyyətlərini genişləndirməsinə və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər. Bununla yanaşı, güzəştlərin real iqtisadi nəticə verməsi üçün sahibkarların gündəlik fəaliyyətində qarşılaşdıqları digər çətinliklərin də aradan qaldırılması vacibdir.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı və digər istiqamətlərdə vergi güzəştlərinin davam etdirilməsi biznes sektoru üçün faydalı addımdır:

415849

“Bununla belə, indiyədək tətbiq edilən güzəştlərin iqtisadi nəticələri qiymətləndirilməli, hansı sahələrdə real inkişafın baş verdiyi və hansı istiqamətlərdə əlavə dəstəyə ehtiyac olduğu müəyyənləşdirilməlidir.

Azərbaycanda kiçik və orta biznesin iqtisadiyyata töhfəsi hələ də arzuolunan səviyyədə deyil. İnkişaf etmiş dövlətlərlə müqayisədə bu sektorun ÜDM və büdcə gəlirlərindəki çəkisinin aşağı olması sahibkarlığın daha fəal stimullaşdırılmasını zəruri edir”.

İqtisadçı hesab edir ki, biznesin böyüməsinə mane olan əsas amillər sırasında maliyyə resurslarına çıxışın məhdudluğu və kreditlərin yüksək faizlə təklif edilməsidir:

“Bu çətinliklərin aradan qaldırılması üçün əlavə iqtisadi mexanizmlər hazırlanmalı və sahibkarların maliyyə imkanları genişləndirilməlidir”.

Sevinc

0