Türkiyədə ötən həftənin ən çox izlənilən serialları bəlli olub.
Hit.az xəbər verir ki, 9-15 noyabr tarixlərində “Total” kateqoriyasında zirvə dəyişməyib.
Daha dəqiq desək, ilk iki sırada dəyişiklik baş verməyib. Lakin keçən həftə ilə müqayisədə “Ömür Usta” və “Kızılcık Şerbeti” 2 sıra geriləyib. “Yeraltı” isə 4 sıra yüksəlib. Həmçinin, “Anne Yarısı” onluqda “Teşkilat”ı əvəz edib. “Sevdiğim Sensin”, “Halef: Köklerin Çağrısı”, “Gönül Dağı”, “Tuzlu Kahve” və “Haysiyet” kimi seriallar da “TOP-10”-dan kənarda qalıb.
Beləliklə, keçən həftənin ən çox izlənilən 10 serialı bunlardır:
1. “Taşacak Bu Deniz” – “TRT1”
2. “Uzak Şehir” – “Kanal D”
3. “Sevdan Bir Ateş” – “Show TV”
4. “Yeraltı” - “Now TV”
5. “Ömür Usta” – “Now TV”
6 . “Altı Üstü İstanbul” – “ATV”
7. “Daha 17” – “Kanal D”
8. “Kızılcık Şerbeti” – “Show TV”
9. “Anne Yarısı” – “Now TV”
10. “Güller ve Günahlar” – “Kanal D”.
Pərviz Şimşək


