Kamran Əsədov: “İndi rus dilində təhsilə dəb kimi yanaşanlar da var”

İQTİSADİYYAT
19:30 / 29.11.2023
300

Bir neçə ildir ki, Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı durmadan artır. 

Sanki valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər. Məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil.

Ana dili Azərbaycan dili ola-ola rus dilində təhsilə marağın bu qədər kütləvi olması haradan qaynaqlanır?

Orta məktəblərdə rus bölməsi olmalıdırmı?

Təhsil eksperti Kamran Əsədov Hit.-az-a açıqlamasında bildirib ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir.

Ekspert bildirib ki, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil:

“Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində deyil,  ingilis dilində təhsilə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Sevinc

0